İşdən çıxarılan icra başçısının oğlunun oteli, şadlıq sarayı... (FOTO)

ÖLKƏ
09:15 / 18.05.2020
4136

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Nazim İsmayılovun oğlu Anar İsmayılov şirkət rəhbəri imiş.

Hit.Az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, A.İsmayılov "GÖYÇAY ÇİNAR-MEHMANXANA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİnin təsisçisidir: “Şirkət 1998-ci ilin iyunun 24-də 30320.00 AZN nizamnamə kapitalı ilə Göyçaydakı "Çinar" otelinin yerləşdiyi ünvanda qeydiyyatdan keçib. Şirkətin qanuni təmsilçisi SİYAVUŞ ABBASOV VAHİD OĞLUdur. Anar İsmayilov Göyçayda eyni adda şadlıq sarayının da sahibidir”.

0
Pravda.az