Yer üzündə insanla paralel yaşayan canlılar aləminin eyni zamanda həm faydası, həm zərəri var.
Dindirsən, demək olar, hamı ilandan qorxur, baxmayaraq ki, ilan zəhəri ən faydalı dərmana çevrilə bilir. Elə heyvanlar var sadəcə, adını hamı dəhşətlə çəkdiyi üçün ondan qorxuruq, halbuki ətrafımızda ondan qat-qat qorxunc canlıların olmasının fərqində deyilik. Aparılmış statistikaya əsasən, yaydığı xəstəlik və ya hərəkətləri vasitəsilə il ərzində ən çox insan ölümünə səbəb olan canlıların siyahısı dərc edilib. Başda hansı canlının adı dayanır?
Bilmək istəyirsinizsə Bizimyol.info təqdim edir:
15. Köpəkbalığı — 10
14. Canavar — 10
13. Aslan — 100
12. Fil — 100
11. Begemot — 500
10. Timsah — 1 000
9. Lentvari qurdlar — 2 000
8. Çeçe milçəyi (Yuxu xəstəliyi yaradır ) — 9 000
7. Konusburunlu klop (Şaqas xəstəliyi yaradır) — 12 000
6. Köpək (Quduzluq yoluxdurur) — 40 000
5. İlan — 50 000
4. Askaridlər (bağırsaq parazitləri) — 60 000
3. Şirinsu ilbizi (şistomoza yoluxdurur) — 110 000
2. İnsan (qətl törətməklə) — 475 000
1. Ağcaqanadlar (malyariya yayır) — 725 000