“Artıq koronavirusdan sağalmağa doğru gedirəm”.
HİT.Az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə deyib. O, müalicəsinin başqa bir xəstəxanada davam etdiyini bildirib:
“Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alıram. Sağalmağa doğru gedirəm. ”.
A.Əlizadə onun xəstələnməsinə sevinənlərə də cavab verib:
“Hərə öz tərbiyəsi çərçivəsində hərəkət edir. Ona görə mən belə şeylərə fikir vermirəm”.
Xatırladaq ki, iyulun 27-də A.Əlizadənin koronavirusa yoluxduğu açıqlanıb. Sabiq deputatın “Yeni klinika” da müalicə aldığı bildirilirdi.