Aparıcı Murad Haşımov ARB TV-dəki fəaliyyətinə son qoyub.
HİT.Az xəbər verir ki, o, 7 ildir çalışdığı kanaldan getməsi barədə özü məlumat yayıb.
M.Haşımov bildirib ki, tezliklə yeni iş yeri barədə məlumat verəcək.
Qeyd edək ki, Murad uzun illərdir “Günə doğru” proqramında aparıcılıq edirdi. O, bir neçə ay öncə Prezident İlham Əliyevin sərəncamına əsasən uğurlu fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.