İsmayıllı rayonunun rüşvət almada təqsirli bilinən sabiq prokuroru Ülvi Abbasov kassasiya şikayəti verib.
HİT.Az xəbər verr ki, şikayət Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyanın icraatındadır.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ülvi Quliyev və onun böyük köməkçisi Faiq Quliyev Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli biliniblər.
Ü.Abbasova 9 il, F.Quliyevə isə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə Ü.Abbasova şərti cəza verilərək azadlığa buraxılıb, F.Quliyevin cəzası isə 6 ilə endirilib.
Qeyd edək ki, İsmayıllı rayon prokurorunun böyük köməkçisi F.Quliyev 2018-ci ilin iyulun 14-də həbs olunub. O, xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə külli miqdarda pul vəsaitini rüşvət kimi alıb. O, İsmayıllı rayon prokurorluğunun inzibati binasında rüşvəti A.Əliyevdən şəxsən alan zaman iş başında yaxalanıb. F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və barəsində həbs-qətmikan tədbiri seçilib.
Daha sonra rayonun prokuroru Ü.Abbasov da həbs olunub.