Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir - VİDEO

10:49 / 11.08.2020
835

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

 

0