Azərbaycan MMA, Pankartion və Qrapplinq Federasiyasının prezidenti Azad Əskərov karantin qaydalarını pozub.
HİT.Az-ın Unikal.org-a istinadla verdiyi məlumatına görə, ölkədə koronavirusa görə martın 29-dan karantin rejimi elan olunmasına baxmayaraq, A.Əskərov idmançılarla birlikdə məşqlərə start verib.
Qeyd edək ki, açıq havada idman yarışları və oyunları da daxil olmaqla, bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi dayandırılıb.