Bədəni koronanirusdan qoruyan amillər hansılardır?

ÖLKƏ
21:30 / 11.08.2020
1056

Alimlər koronavirus infeksiyası haqqında hər gün daha çox məlumat əldə edir.

Ekspertlər bu məlumatlara əsasən kimin niyə xəstəliyi şiddətli formada keçirdiyini, digərlərinin niyə yüngül formada və ya ümumiyyətlə yoluxmadığını söyləyə bilir. Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev bədənin özünü infeksiyadan qoruya biləcəyini izah edib. Ancaq bu, hər bir insanın genetik xüsusiyyətlərindən asılıdır.

“Bir çox tədqiqat göstərir ki, bədənin COVID-19-a səbəb olan koronavirusa cavabı və buna görə xəstəliyin şiddəti insan orqanizminin fərdi genetik xüsusiyyətlərindən asılı ola bilər. Hazırda COVİD-19-un ağır yoluxma riskinə ən çox məruz qalan və genləri ilə qorunan insanları təyin edən genetik variantları müəyyənləşdirmək üçün xəstələrin genomlarını öyrənirlər" , - ekspert qeyd edib.

Lebedevə görə, bədənin koronavirusa cavabı leykosit HLA genlərindəki fərqlərdən və ya ACE2 zülalını kodlayan gendəki mutasiyalardan asılı ola bilər. Eyni zamanda ekspert əlavə edib ki, bu sahədə araşdırmalar davam edir.

Aytən Məftun

1
Publika.az