"Şəhid" sözünü lövhədən kim silib? - AÇIQLAMA

ÖLKƏ
22:23 / 11.08.2020
1133

İmişli rayonunda şəhid Nəcməddin Savalanovun adını daşıyan küçədən “şəhid” sözünün silinməsi ilə bağlı məlumat yayılıb.

“MediaPost” xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

İmişli Rayon icra Hakimiyyətinin şəhər icra nümayəndəsi Fuad Kərimov “MediaPost”a açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, “şəhid” sözü lövhədən silinməyib:

“Sadəcə kimsə həmin “şəhid” sözünü qələmlə sonradan yazıb. Ora əslində nömrə yeridir, “şəhid” sözü yerləşmir. Küçə boyu bütün lövhələrdə küçənin adı Nəcməddin Savalanov kimi qeyd edilib”.

2