Qalmaqallı kitabın müəllifi danışdı: Qohumlara paylanılıb

ÖLKƏ
10:07 / 12.08.2020
1379

Son günlər “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabı uşaqlar üçün dərslik kimi təqdim olunan və buna görə tənqid hədəfi olan Aygün Bal məsələ ilə bağlı açıqlama verib.

A.Bal “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu kitab uşaqlar üçün yazılmayıb: “Bu, təmsil kitabıdır və məhz böyüklər üçün nəzərdə tutulub. Kitab təxminən 12 il əvvəl 100-150 nüsxə ilə çap olunub. Heç bir vaxt da satışa çıxarılmayıb. Kitab yalnız bəzi qohumlara verilib. Qohumumuzun bir tanışı da bunu görüb və şəklini çəkib paylaşıb.

Təkrar qeyd edirəm ki, kitab böyüklər üçündür, nə satışa çıxarılıb, nə də uşaqlara paylanılıb”.

1