Türkiyə Mülki Aviasiya Baş İdarəsi ölkəyə uçuşlarda əl yüklərinə məhdudiyyətlər tətbiq edib.
HİT.Az xəbər verir ki, bu barədə İdarə tərəfindən yayılan məlumatda deyilir.
“Təyyarənin salonunda qadın çantaları, kişilərin portfelləri, noutbuklar üçün çantalar, uşaq çantaları, hava limanının ticarət ərazilərində alınan suvenirlər, sərnişinlərin üzərilərində daşıdığı əşyalar (musiqi alətləri, kameralar və s.), diplomatik kuryerlərin çantaları, qiymətli daşlar və qızıl nümunələri istisna olmaqla, digər əl yüklərinə icazə verilmir. Salona qadın çantaları ölçüsündə olan bel və çiyin çantaları keçirməyə icazə verilir”, - sənəddə deyilir.
Qurum bu məhdudiyyətləri “təyyarəyə minərkən və düşərkən sərnişinlər arasında sosial məsafəni qorumaq və heyətin yükə toxunmamalarının labüdlüyü izah edib.