Milli Məclisdə uşaqpuluyla bağlı işçi qrup yaradıldı

ÖLKƏ
13:10 / 12.08.2020
1329

“Milli Məclisin rəhbərliyi səviyyəsində uşaqpulu ilə bağlı işçi qrup yaradılıb”.

HİT.Az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, parlamentin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq:

“Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

0