Nazirlikdə yeni təyinat - Anar Kərimov özünə müşavir götürdü

ÖLKƏ
13:54 / 12.08.2020
1357

Mədəniyyət Nazirliyində yeni təyinat olub.

Nazirlikdən HİT.Az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu nazirin müşaviri təyin edilib.

A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad olunub.

Qeyd olunur ki, E.Əliyev son təyinata qədər BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

0