Son zamanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çoxsaylı şikayətlər olunur. Oxuculardan biri həmin nazirliyin fəaliyyəti ilə bağlı redaksiyamıza şikayətini göndərib.
Pravda.az-ın xəbərinə görə, Təbriz Yusubov adlı oxucu qeyd edir ki, 2 aya yaxındır nazirliyin rəsmi elektron ünvanlarına ([email protected] və [email protected]) ərizə yazır, lakin cavab verilmir.
Anasının adından Prezident cənab İlham Əliyevin adına göndərilən məktub, araşdırılıb tədbir görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Prezident Administrasiyasından nazirliyə göndəriləməsindən 2 ay keçməsinə baxmayaraq hələ də ərizədən heç bir xəbər yoxdur. Nazirliyin əməkdaşı da ərizəni tapa bilmədiyini qeyd edir.