Təhsil Nazirliyindən yeni dərs ili təlimatları ilə bağlı AÇIQLAMA

ÖLKƏ
14:50 / 12.08.2020
983

"Məktəblərin hansı formada açılacağı ilə bağlı təlimat almamışıq, bu haqda müzakirələr davam edir və kompleks tədbirlər planı hazırlanır".
 
Bu sözləri azxeber.com-a açıqlamasında Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunu müdiri Cəsarət Valehov deyib.
 
O bəzi xəbər saytlarında yayımlanan "Məktəb direktorlarına yeni dərs ili ilə bağlı təlimatlar verilib" xəbərininin rəsmi olmadığını bildirib: "Bununla bağlı müzakirələr gedir və rəsmi qurumlar kompleks tədbirlər planı hazırlayır. Yaxın zamanda ictimaiyyətə geniş məlumat veriləcək".

1