“Muğan Bank”da ixtisarlar başlayıb. Söhbət bankın “Sumqayıt” filialından gedir.
Bu barədə “MediaPost”a bankdakı mənbədən bildirilib. Məlumata görə, may ayından etibarən Sumqayıt filialının işçilərinin yarısı ixtisar edilib. Belə ki, 11 işçisindən 5-i ( əməliyyatçı, kredit işçisi, inkasator-sürücü, təsərrüfat və mühafizə işçisi) işdən azad edilib. Vəziyyəti pisləşən bank işçilərini azaltmaqla xərclərini optimallaşdırmağa çalışır.
Qeyd edək ki, iyun ayında Bankın “Xırdalan” filialı fəaliyyətini dayandırıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.