Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər respublikanın digər rayonlarında olduğu kimi Binəqədi rayonunda da davam etdirilir.
HİT.Az xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsi məsul əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı tətbiq edilən qaydaları pozduğuna görə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi 5 ünvanında yerləşən “AL” marketin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsinə əsasən protokol tərtib olunmuş və 400 (dörd yüz) manat, eyni zamanda həmin qəsəbənin Z.Qəmbərov küçəsi 31 ünvanında yerləşən “Qrandmart” marketin rəhbərliyi də İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən protokol tərtib olunmuş və 300 (üç yüz) manat cərimə edilib.
Hər iki marketin rəhbərliyinə bir daha belə halların baş verilməməsi üçün xəbərdarlıq edilib.