Tarixi “Gəncə Bazarı” yenidən bərpa olunur - VİDEO

ÖLKƏ
21:47 / 13.08.2020
1750

Gəncəlilərin vaxtı ilə “Gəncə Bazarı” və ya “Kolxoz bazarı” kimi tanınan tarixi bazarı. Uzun illər istər şəhər sakinləri istərsədə ətraf bölgələrdə yaşayanlar məhz bura - bu bazara üz tutardı.

Tarxi mənbələrə görə bazarın yaşı 1 əsrə yaxındır. Gəncənin mərkəzində yerləşir və gəncləlilərin ən çox üz tuttuğu məkan olub. Təxminən 4 il öncə bazar tamami ilə söküldü.

BAKU.TV-nin məlumatına görə, bu günlərdə isə yenidən inşa edilir.

Bildirək ki, qədimi bazar ən müasir tələblərə çərçivəsində tikiləcək. Layihəyə əsasən bazarın inşaası iki əsas istiqamət üzrə aparılacaq.

Tikintidə şəhərin qədimliyi, həmçinin müasirliyi əks olunmalıdır. Ayrıca Gəncə şəhərini tərənnüm edən tarixi arnamentlərdən də istifdə ediləcək.

Gəncə Bazarının bir hissəsi ilin sonunadək. Ümumilikdə isə tam istifadəyə verilməsi 1- il ərzində nəzərdə tutulub.

0