FHN əməkdaşları avtomobili sıxılı vəziyyətdə qalmış şəxsi belə xilas etdi - VİDEO

15:04 / 13.08.2020
848

Siyəzən rayonunun Zarat kəndində "Mercedes” və "Ford” markalı iki yük avtomobili toqquşub. 

HİT.Az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Yanğınsöndürən-xilasediçilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla "FORD" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qaynarinfo-nun hadisə yerindən əldə etdiyi videonu təqdim edirik:

0