Bakının iki rayonunda əməliyyat: Həbs olunanlar var

13:20 / 18.05.2020
2434

Bakının Səbail rayonunda əməliyyat keçirilib.

HİT.Az xəbər verir ki, Səbail rayon Polis İdarəsinin narkotiklə mübarizə bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Mehman Quliyev tutulub.

Üzərinə baxış keçirilərkən ondan 0,327 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, Sabunçu rayon Polis İdarəsinin post-patrul bölüyü əməkdaşları tərəfindən 1991-ci il təvəllüdlü Elçin Ağayev saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı 0, 41 qram metamfetamin, 6 bükümdə olan 0,431 qram heroin götürülüb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini 1983-cü il təvəllüdlü İbrahim Abbasov saxlanılıb.

Onun evinin həyətində avrotexniki qaydalarla qulluq olunmuş 4 ədəd çətənə kolu aşkar edilib.

0
Teleqraf.com