Eks-nazir Eldar Həsənovun həbsini şərh etdi - Hədəf göstərdi

ÖLKƏ
15:05 / 14.08.2020
2204

Xəbər verdiyimiz kimi, dünən Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov  həbs edilib. Buna səbəb sabiq səfir tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, bir müddət əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev yeni xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən xaricdəki diplomatlarımızın ciddi nöqsanlar həyata keçirtdiyini diqqətə çatdırıb.

Maraqlıdır, Eldar Həsənovun həbsinin davamı ola bilərmi?

Mövzu  barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  həbs məsələsinin digər məsələlərə də şamil olunmasını istəmidiyini bildirib:

“Heç də demək olmaz ki, burada  koordiasiya mövcuddur. Hesab edirəm ki, hər kəs öz işinə cavabdeh olmalıdır. Təbii ki, xaricdəki bəzi səfirliklərdəki nöqsanlar barəsində mənim də xəbərim var. Təkcə maliyyə məsələləri ilə yox, digər məsələlərlə də bağlı nöqsanlar mövcuddur. Bu, ictimiayyətə də bəlli olan məsələdir. Cənab prezident tərəfindən də tənqidi fikirlər səslənib. Bunlar xüsusi məlumatlardır”.

Sabiq xarici işlər naziri bəzi iş üslublarında şübhə doğurduğunu istisna etməyib:

“Bəzi proseslərin baş verdiyi hiss olunurdu.  Bu da xaricdən idarə olunan hallar idi. O qənaətdəyəm ki, bu cür hadisələrin başında keçmiş xarici işlər naziri dururdu. Ona yaxın qruplaşma vardı. Təbii ki, bu məsələlərlə peşəkarlar daha ciddi məşğul olacaqlar”.

Tofiq Zülfüqarov diplomat kimi Azərbaycanı təmsilçilik baxımından ünvanan sualı belə cavablandırıb:

“Bu sual ətrafında geniş fikir söyləmək istəmirəm. Diplomatiya xidməti bir növ hərbi xidmətə bənzər xüsusi bir fəaliyyətdir. Vətən üçün lazım olsa,  gedib səngərdə də döyüşə bilərəm. Buna hazıram. Sadəcə, gəlin, burada kiminsə şəxsi karyerası məsələsini müzakirə etməyək”

2