Tovuz döyüşlərində yaralanan Masallının Sığıncaq kənd sakini əsgər Nurlan Quliyevin evi təmir olunub.
HİT.Az cenub.az-a istinadən xəbər verir ki, artıq Nurlan da evinə qayıdıb.
N. Quliyevin yaralarının çoxu sağalıb. O bildirib ki, bir neçə gündən sonra yenidən cəbhə bölgəsinə gedəcək.
Əsgərin əmisi Xalid Quliyev evi təmir edən bütün yardımsevərlərə təşəkkür edib.