"Son aylarda Azərbaycanda işsizlərin sayı artıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov pandemiyaya görə işdən çıxarılanların və işini itirənlərin statistikasının açıqlanmamasına aydınlıq gətirərkən deyib. Ekspert pandemiyaya görə işini itirənlərin günbəgün artdığını bildirib:
"Təkçə Azərbaycanda deyil, bütün dünyada işsizlərin sayı artıb. Səbəb də pandemiyadır. Bu təbii prosesdir, pandemiya dövründə işsizlərin sayı artmalıdır".
Pandemiyaya görə işdən çıxarılanların, işini itirənlərin statistikasının açıqlanmamasına gəlincə, Əkrəm Həsənov bunun mümkünsüz olduğunu deyir:
"Bu məsələ Dövlət Statistika Komitəsinin səlahiyyətindədir. Mən heç vaxt görməmişəm ki, onlar statistikanı dərhal açıqlasınlar. Belə olmayıb. Bizdə elə statistik məlumatlar var ki, bir ildən sonra açıqlanıb".