18 yaşınadək... – “Uşaqpulu” ilə bağlı AÇIQLAMA

ÖLKƏ
09:50 / 16.08.2020
1115

Uşaqpulu mərhələli şəkildə, yəni əvvəlcə 6-7 yaşına qədər, daha sonra isə 18 yaşına qədər olan şəxslərə verilə bilər. Vətəndaşlara veriləcək uşaq pulu minimum sosial müavinət qədər olmalıdır.

Bu barədə millət vəkili Fazil Mustafa uşaqpulu ilə bağlı məsələnin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması haqda danışarkən deyib. O bildirib ki, uşaq pulu uzun müddətdir aktual olan və vətəndaşlarımızın da tez-tez dilə gətirdiyi sosial məsələdir: “Bu məsələ Milli Məclisin hər zaman gündəmində olub və qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər. Çünki bəzi müzakirələrə ehtiyac var. Xüsusilə adının köhnə qaydada uşaqpulu, yoxsa daha fərqli olacağı, həmçinin hansı yaş qrupuna nə qədər məbləğ veriləcəyi məsələləri müzakirə edilməlidir. Bundan başqa, uşaqlar üçün nəzərdə tutulan yardımın hansı yolla veriləcəyi də müzakirə olunmalıdır. Burada dövlətin mövcud iqtisadi vəziyyəti nəzərə alınmalıdır. Düşünürəm ki, Milli Məclisin payız sessiyasında bu yöndə bir qərar veriləcək”

0
Pravda.az