“Mercedes” kombaynla toqquşdu, ölənlər var - Biri polisdir

ÖLKƏ
15:03 / 16.08.2020
1107

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HİT.Az-ın xəbərinə görə, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin kombaynla toqquşması nəticəsində minik maşınının sürücüsü - 23 yaşlı Çağırqanov Elnur və sərnişini 22 yaşlı Ləman Süleymanzadə hadisə yerində ölüblər. Məlumata görə, hadisə zamanı ölən sürücü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

1