Çimərliklərdə qaydalara necə riayət olunur? - VİDEO

ÖLKƏ
09:00 / 17.08.2020
868

Küləkli havanın ardından insanların çimərliyə getməsi üçün fürsət yaranıb. Bəs ictimai çimərliklərdə Operativ Qərargahın qoyduğu qaydalara və tələblərə riayət olunurmu?

Çimərliyin girişində bura istirahətə gələn şəxslər yoxlanır və maarifləndirilir. Qoyulan kvotanı keçməmək şərti ilə bura gələn şəxslər içəri daxil olub çimərlikdən rahat şəkildə istifadə edə bilirlər.

İstirahətə gələnlər isə burda yaradılan şəraitdən razılıqlarını bildirirlər.

Bakı şəhər icra hakimiyyətinin rəsmisi İntiqam Məmmədov deyib ki, İDEA-nın 6 ictimai çimərliyi var ki, onların da hər birində vətəndaşların pulsuz istirahəti üçün müvafiq şərait yaradılıb. Bu çimərliklərin fərqi isə, dayanacaqdan tutmuş bütün invertarların ödənişsiz olmasıdır. Və hər bir ictimai çimərlik nəzarət altındadır.

Bakı şəhər icra hakimiyyəti vətəndaşlara tövsiyyə edir ki, çimərliklərə getməzdən əvvəl çimərlik.az saytına mütləq baxsınlar. Bu, üz tutduqları çimərliklərdəki sıxlığı və həmin məkanlardakı kvotanı dəqiqləşdirmək üçün çox vacibdir.

Ətraflı "Xəzər Xəbər"in reportajında:

0