Deputatlar avqustun axırından “hərəkətə keçəcək”

ÖLKƏ
18:42 / 17.08.2020
738

Milli Məclis avqust ayının axırlarından etibarən parlamentin payız sessiyasının qanunvericilik işlər planının hazırlanması üçün hazırlıqlara başlayacaq.

Bu barədə parlamentdəki mənbə məlumat verib.

Qeyd edək ki, bir neçə qanun layihəsi hətta parlamentin əvvəlki çağırışlarından qalıb.

Rəqabət Məcəlləsi haqqında sənəd, “Reproduktiv sağlamlıq haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” və digər qanun layihələri bu siyahıdadır.

Bildirək ki, Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

 

1
oxu.az