Bulvara gedəndə bunları nəzərə alın

ÖLKƏ
13:51 / 18.05.2020
1258
Dənizkənarı Milli Parka giriş məhdudiyyəti aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları fəaliyyət göstərməyəcək.

HİT.Az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.

Bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki kafe və restoranlar operativ qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək: "İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərzidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq".
 
Qeyd edilib ki, parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir.
Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və Azərbaycan polisi xüsusi nəzarət həyata keçirəcək.
 
0