Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.
HİT.Az-ın məlumatına görə, Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətində tibb sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə, tibb xidməti polkovnik-leytenantı Hacıyeva Tünzalə Əşir qızı “Əməkdar həkim”, baş gizir Ələkbərzadə Rəna Kamil qızı “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüblər.