Xəbər verdiyimiz kimi, 21 dekabr 2016-cı ildə Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilən Dursun Ayvaz oğlu Həsənov bu gün ölkə başçısının sərəncamı ilə geri çağırılıb.
HİT.Az Unikal.org-a istinadla xəbər verir ki, Dursun Həsənov hazırda Azərbaycan Xarici İşlər Nazirinin müavini vəzifəsində çalışan Ramiz Həsənovun qardaşıdır.
Xatırladaq ki, Ramiz Həsənov da 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalış çalışıb.