Yağışlar bu vaxta qədər davam edəcək – Açıqlama

ÖLKƏ
20:32 / 17.08.2020
1095

Bu gün paytaxtda müşahidə edilən yağışlar axşama doğru tədricən kəsəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabahdan etibarən yağmursuz hava şəraiti hökm sürəcək:

“Bu gün ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Şimşək çaxır və yağış yağır. Bəzi yerlərdə yağışlar intensiv xarakterlidir. Belə hava şəraiti bu gün davam edəcək. Paytaxtda yağış axşama doğru tədricən kəsiləcək. Avqustun 18-i və 19-da əsasən yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyinin üstünlüyü müşahidə ediləcək. Havanın temperaturu 26-29 dərəcə arasında dəyişəcək.

Eləcə də bölgələrimizdə yağışlar sabahdan kəsiləcək. 18-i gündüz və 19-u əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı və dolu düşəcəyi ehtimalı var”.

0