Nazirlik 760 min manatlıq modem alır

ÖLKƏ
17:51 / 17.08.2020
850

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC 3 min ədəd LTE markalı modemin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"MediaPost" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Mark Keytrinq" MMC-dir.

Qalib şirkətə 760,2 min manat ödəniləcək.

0