“Bu gün ya da sabah Respublikaçı Alternativ Partiyasının dövlət qeydiyyatı üçün tələb olunan sənədləri Ədliyyə Nazirliyinə göndərəcəyik”.
HİT.Az xəbər verir ki, bunu Respublikaçı Alternativ (ReAL) Partiyasının sədri İlqar Məmmədov “Facebook” səhifəsində qeyd edib.
Onun sözlərinə görə, sənədlər əsasən hazırdır:
“İki həftə əvvəl keçirdiyimiz Qurultayda və bu hazırlıq işlərində əməyi olan bütün fəal üzvlərimizə Təşkilat Komitəsi olaraq çox-çox təşəkkür edirik”.