Bakıda kriminal aləmin yığıncağı dağıdıldı - 100-ə yaxın adam saxlanıldı

ÖLKƏ
14:53 / 18.08.2020
5433

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakıda restoranlardan birində əməliyyat keçirib. 

HİT.Az xəbər verir ki, əməliyyat kriminal aləmin nümayəndələrinə qarşı keçirilb. Əməliyyat zamanı xeyli şəxsin saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a bildirib ki, hazırda əməliyyat davam edir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1