Avqustun 190 manatı nə vaxt veriləcək? - AÇIQLAMA

ÖLKƏ
15:16 / 18.08.2020
2364

“Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunan şəhər və rayonlar üzrə birdəfəlik ödəmə (190 manat) almaq hüququ qazanan vətəndaşlara ödəniş yaxın vaxtlarda ediləcək”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmisi Əsmər Nəcməddinqızı bildirib.

O bildirib ki, yaxın günlərdə ödəmələrin verilməsinə başlanılacaq.

Vəsait iyul ayı üzrə birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.

3