Azərbaycanda fəhlə binadan yıxılıb öldü

ÖLKƏ
15:22 / 18.08.2020
826

Sumqayıt sakini bədbəxt hadisə nəticəsində ölüb.

HİT.Az xəbər verir ki, hadisə şəhərin “Stansiya Sumqayıt” yaşayış massivində qeydə alınıb.

Belə ki, ərazidə inşa edilən hündürmərtəbəli binada fəhlə işləyən 1993-cü il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu ehtiyatsızlıqdan yıxılıb.

Ağır bədən xəsarətləri alan S.Hüseynov xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

APA

1