Əfsanəvi sazbənd Usta Xudunun oğlu Arif Mahmudov vəfat edib.
Bu barədə axar.az-a şair, Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı məlumat verib.
O, A.Məmmədovun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bildirib:
“Arif müəllim sözə, sənətə vurğun insan idi. O, müharibə veteranı olmaqla yanaşı, diplomat idi - Xarici İşlər Nazirliyində çalışmışdı. Bir müddət idi xəstəxanada müalicə alırdı. Təəssüf ki, onu itirdik”.