Bakıda yol təmir edildi, ağaclar ortada qaldı - FOTOLAR

ÖLKƏ
16:56 / 19.08.2020
1863

Bakının Nizami rayonunda Cəmşid Naxçıvanski küçəsinin təmiri zamanı ağaclıq ərazi də plana salınıb.

HİT.Az xəbər verir ki, təbiətin qorunmasını prioritet tutan yol çəkənlər yaşıllığı asfaltlasa da, ağaclara toxunmayıblar. Beləliklə, ətrafı asfaltlanmış ağaclar yolun ortasında qalıb.

Bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb. Bildirilib ki, yolun genişləndirilməsi zamanı ağacları çıxarıb, başqa yerdə əkmək olardı. Lakin yol çəkənlərin bu hərəkəti nə qədər təbiətsevər addım olsa da, gecə vaxtı sürücülərdə çaşqınlığa və qəzaların baş verməsinə səbəb ola bilər.

Çingiz Səfərli

0