Son günlər ölkəmizdə koronaya yoluxma niyə ARTIR?

ÖLKƏ
09:17 / 20.08.2020
1003

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında az da olsa artım müşahidə olunur.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, virusun artmasına bir neçə səbəb ola bilər.

O qeyd edib ki, virusun artmasının səbəblərindən biri virusun hələdə bizə məlum olmayan və tam bilinməyən xüsusiyyətləri ola bilər.

R.Mahmudovun sözlərinə görə, karantin rejiminin yumuşalması nəticəsində insanlar arasında təmasda artım və ya tövsiyə olunan qaydalara kütləvi olaraq riayət etməmək də virusun artmasının bir səbəbi sayıla bilər.

Deputat vurğulayıb ki, ötən 5 ay ərizində COVİD-19-un həm dünyada, həm ölkəmizdə yaratmış olduğu reallıqlar bizə çox şey öyrətdi:

"Ötən dövr ərzində COVİD-19-un xüsusiyyətləri və təhlükələri barədə çox şey öyrəndik. Həmçinin ötən müddət ərzində biz üç mühüm məsələyə diqqət etməklə virusla çox rahat şəkildə mübarizə aparmağın mümkün olduğu öyrəndik.

Sosial məsafəni qorumaq, tibbi maska taxmaq və gigiyena qaydalarına əməl etmək kimi sadə üsullarla bu xəstəliyin yayılmasının qarşısını effektiv formada ala bilərik. Vətəndaşlarımızı bu sadə qaydalara əməl etməyə çağırıram".


  

1