Koronavirus siyasətə niyə təsir etmədi?

ÖLKƏ
20:36 / 20.08.2020
817

2020-ci ilin 8-ci ayı başa çatmaqdadır. İlin əsas mövzusu isə heç şübhəsiz ki, koronavirus pandemiyası və onun doğurduğu nəticələr oldu. Ancaq diqqət cəlb edən məqam ondan ibarətdir ki, koronavirus pandemiyası dünya əhalisinin həyatının demək olar ki, bütün sahələrinə təsir etdi. Tibb, iqtisadiyat, sosial həyat, təhsil, məişət, toy və yas, hətta dini ibadətlərin keçirilməsi qaydalarına da təsir etdi və etməkdə davam edir.

HİT.Az Yenisabah.az-a istinadən xəbər verir ki, lakin koronavirusun təsir edə bilmədiyi yeganə sahə siyasət və münaqişələr oldu. Baxmayaraq ki, BMT də dünya xalqlarına mürciət edərək münaqişələri dayandırmağa, bütün gücü pandemiya ilə mübarizəyə həsr etməyə çağırdı. Lakin buna baxmayaraq dünyada münaqişələr, müharibələr, terror, hərbi çevrilişlər davam etdi. Dünyada demək olar ki, dövlət və hökumət səfərləri, görüşlər dayandırıldı, yalnız onlayn görüşlər keçirilməkdədir, ancaq diplomatlar və hərbçilər istisnadır. Onlar səfərlər edir, danışıqlar aparırlar.

Siyasi analiktiklər hesab edir ki, koronavirus pandemiyası əslində siyasətə təsirsiz öyüşməyib. Sadəcə bunun təzahürləri post-pandemiya dövründə üzə çıxacaq. “Lakin pandemiyanın siyasətə təsiri baxışların dəyişməsi yönündə deyil. Əksinə, maraqlar yenə də hər şeydən öndədir. Bu baxımdan, bəşəriyyət koronavirus təhdidi ilə üzləşsə belə, yenə də dünya ölkələri siyasi maraqlarından geri adım atmadı”, - deyə ekspertlər bildirib.

Onların fikrincə, koronavirus təcrübəısi göstərdi ki, bu hətta dünyanın ən ağır dönəmlərində də belə olacaq. “Bunun da əlbəttə səbəbləri var. Hər bir xalqın, dövlətin öz marağı var. Yəni maraqlar fərqlidir və bir-birilə uzlaşması mümkün deyil. Çünki hər hansı bir dövlətin öz maraqlarını təmin etməsi avtomatik olaraq başqa bir ölkənin marağının tapdalanması hesabına başa gəlir. Bu halda əlbəttə ki, uzlaşma mümkün olmayacaq. Dünya vahid bir təsisat altında birləşməyib. Burada müxtəlif ideologiyalı, quruluşlu ölkələr mövcuddur. Ona görə də koronavirus, yaxud başqa bir təhlükə bəşəriyyətin bütövləşməsini şərtləndirə bilmir. Bu hər zaman olacaq”, - deyə analitiklər vurğulayıb.

0