Eldar Həsənov haqqında qərar verildi - Həbsdə qaldı

09:19 / 21.08.2020
1194

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənovun apellyasiya şikayətinə baxılıb.

HİT.Az-ın xəbərinə görə, bu barədə onun vəkili Adil İsmayılov məlumat yayıb.

Onun sözlərinə görə, E.Həsənov Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbiri ilə bağlı qərarından şikayət verib.

Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərarı qüvvəsində saxlayıb.

0