Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO

ÖLKƏ
12:30 / 21.08.2020
1219

Bakı şəhər, Nərimanov rayon sakinləri “Nehrəm” MTK-nın özbaşınalıqlarından şikayətçidirlər.

Sakinlərin Unikal.org-a verdiyi məlumata görə, sözügedən MTK-nın Nərimanov rayonu, Həsən Əliyev 33, Məhəllə 945-də inşa etdirdiyi yeni və köhnə çoxmərtəbəli yaşayış binaları arasında ara məsafəsi qorunmur, həmçinin yeni binanın tikintisində təhlükəsizlik qaydalarına əməl olunmur. Sakinlərə satılan binadakı mənzillərin çıxarışı sahiblərinə verilmir. Əhalinin “Nehrəm” MTK-ya verdiyi kommunal ödənişlər isə aidiyyatı dövlət qurumlarına ödənilmir.

Qeyd edək ki, “Nehrəm” MTK-nın təsisçisi "ATV" televiziyasının sabiq prezidenti Tağı İbrahimovdur.

0