"Lotu Quli" İstanbulda dəfn olundu

ÖLKƏ
16:01 / 21.08.2020
876

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov bu gün İstanbulda dəfn edilib.

APA-nın məlumatına görə, Nadir Səlifov İstanbulun Böyük Çəkməcə rayonundakı qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, avqustun 20-da Türkiyənin Antalya şəhərində yaxın adamı, “Xan Əhmədlinski” ləqəbli Xaqan Zeynalov tərəfindən başından güllələnərək öldürülüb.

Qətllə bağlı X. Zeynalov və daha bir nəfər Türkiyə polisi tərəfindən saxlanılıb. 

0