Nazirlikdən işəgötürənlərə MÜRACİƏT

ÖLKƏ
16:28 / 21.08.2020
666

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərə müraciət edib.

HİT.Az-ın məlumatına görə, nazirlik ölkəmizin ərazisində fəaliyyət göstərən dövlət orqanları və təşkilatların, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərin, fiziki şəxslərin, habelə xarici hüquqi şəxslərə aid filial və nümayəndəliklərin nəzərinə çatdırır ki, peşə və kvalifikasiya standartlarının hazırlanması ilə bağlı öz təkliflərini verə bilərlər.

Bildirilir ki, onlar yeni peşə və kvalifikasiya standartlarının hazırlanması məqsədilə əmək bazarında ehtiyac duyulan peşələrin müəyyənləşdirilməsi və müzakirələr prosesində əməkdaşlığa dəvət edilir.

İşəgötürənlər ötən dövr ərzində hazırlanmış və hazırlanmaqda olan standartların siyahısı ilə Nazirliyin rəsmi saytındakı müvafiq altbölmədə (//sosial.gov.az/pesestandartlari) tanış ola, zəruri hesab etdikləri peşə və kvalifikasiyalar üzrə standartların hazırlanması üçün peşələrin siyahısını 1 sentyabr  2020-ci il tarixinədək nazirliyə təqdim edə bilərlər (e-mail: [email protected]).

0