İyulin 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.
HİT.Az xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən, Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək, əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.
Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.
Xatırladaq ki, Tovuz döyüşlərində ordumuz 12 şəhid verib:
General-mayor Polad İsrayıl oğlu Həşimov
Polkovnik İlqar Anzor oğlu Mirzəyev
Mayor Namiq Hajan oğlu Əhmədov
Mayor Anar Gülverdi oğlu Novruzov
Baş leytenant Rəşad Rəşid oğlu Mahmudov
Gizir İlqar Ayaz oğlu Zeynalı
Gizir Yaşar Vasif Oğlu Babayev
Çavuş Vüqar Lətif oğlu Sadıqov
Baş əsgər Elşad Dönməz oğlu Məmmədov
Əsgər Elçin Arif Oğlu Mustafazadə
Əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov
Əsgər Nazim Əfqan oğlu İsmalıyov.