Deputatdan həmkarına atmaca: "Məntiqsizdir..." - FOTO

ÖLKƏ
10:50 / 24.08.2020
1208

Millət vəkili Etibar Əliyev digər parlament üzvü Erkin Qədirlini “məntiqsiz” adlandırıb.

O, həmkarının yanlış məlumat yayaraq "bəyənmə" topladığını qeyd edib:

“Yazmışdım ki, feysbukda "bəyənmə"lərin çoxu irrasional xarakter daşıyır. Bunun bariz sübutu: Deputat həmkarım Erkin Qədirlinin başa düşülməyən, məntiqsiz, adını çəkdiyi nəzəriyyənin müəllifinin adını düz yazmadığı statusunu 1000 nəfərdən çox adam bəyənib.

Qədirlinin nəzərinə çatdırıram ki, "Həqiqətin semantik nəzəriyyə"sinin müəllifi Rudolf Karnap deyil, Alfred Tarskidir”.

Xatırladaq ki, E.Qədirli Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin qız nəvəsinin toyu ilə bağlı paylaşım edib. O, toyda çıxış edən Abel Məhərrəmovun söylədiyi "biz xırda adamlarıq" sözlərinin Rudolf Karnapın 'həqiqətin semantik nəzəriyyəsi'nə uyğun sayıla biləcəyini deyib.

0
Mediapost.az