Avqustun 24-də qlobal bazarlarda qızıl yenidən ucuzlaşıb.
“MediaPost” xəbər verir ki, ötən gün Comex birjasında qızılın ticarəti günə 1947,9 dollarla başlayıb. Bakı vaxtı ilə 09:18-də isə qiymətli metalın bir unsiyası 1940,8 dollara düşüb. Bu isə 0,32 % və ya 6,2 dollar ucuzlaşma deməkdir.
Qeyd edək ki, qızılın qiyməti son 1 ayda 7% və yaxud 127,2 dollar, son bir ildə isə 29,6% və ya 444 dollar artıb.