AMEA-dan Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA

ÖLKƏ
12:21 / 24.08.2020
1711

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxması ilə bağlı KİV-də yayılmış informasiyaya AMEA cavab verib:

“Bu gün bəzi xəbər saytlarında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin məzuniyyətdə olması barədə məlumat yayılıb. Bildirmək istəyirik ki, AMEA-nın ictimaiyyətlə və KİV-lə əlaqələrini Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi həyata keçirir və bizim tərəfimizdən bu barədə heç bir rəsmi məlumat yayılmayıb.

Bildiririk ki, akademik Ramiz Mehdiyev məzuniyyətdə deyil və öz iş fəaliyyətini davam etdirir”.

2