Azərbaycanda Ermənistanda istehsal olunmuş siqaret satılır (VİDEO)

ÖLKƏ
15:16 / 18.05.2020
1167
Azərbaycanda istehlakçı Ermənistanda istehsal olunmuş siqaret satıldığının şahidi olub.
 
HİT.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə redaksiyamıza müvafiq foto və videolar göndərilib.
Sübutları göndərən yerli sakin iddia edir ki, siqareti Sabirabadda yerləşən marketlərdən birindən alıb:

“Sabirabadın girişindəki dairəvi yolun yaxınlığında yerləşən kiçik marketə daxil oldum. Siqaret alıb çıxdım. Onun üzərində “Masis” yazılıb. Sonra diqqətlə baxanda üzərində “Made in Armeni” yazısını gördüm.

Bəlkə də, inanmazlar, amma üç aydan çoxdur, ölkədə karantin rejimi tətbiq olunur. Heç yerə gedə bilmirik. Ermənistan istehsalı olan siqaretlər Azərbaycana necə gətirilib, başa düşə bilmirəm”.
0