Sədri vəfat edən banka yeni rəhbər təyin edildi

ÖLKƏ
10:32 / 25.08.2020
1052

"Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinə yeni sədr təyin olunub.

“MediaPost” xəbər verir ki, sözügedən şəxs Kənan Orucovdur. 

Qeyd edək ki, K. Orucov “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. Onuda qeyd edək ki, Kənan Orucov məhşur “Beynəlxal Bank işi”nin fiqurantlarından biri olub. O, 2015-ci ildə həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Lakin 2016-cı ilin fevralında Nərimanov Rayon Məhkəməsi onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Orucov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq sədri Cahangir Hacıyevin ilk cinayət işi üzrə təqsirli bilinib, şərti cəza alıb. Hazırda sınaq müddəti başa çatıb.

Xatırladaq ki, "Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Doğan Tandoğan iyun ayında koronavirusdan dünyasını dəyişmişdi.

0